Pedaqoji şuranın növbəti iclası keçirildi.

16 dekabr 2019-cu il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Zaur Yusifov gündəlikdə duran məsələlərlə pedaqoji heyəti tanış etdi. İclasda IX siniflərdə risk qrupuna daxil olan şagirdlərlə əlavə məşğələnin keçirilməsi ilə bağlı tövsiyyələr verildi, V-IX siniflərdə keçirilən monitorinq imtahanlarının nəticələri və digər məsələlər müzakirə olundu, "Bullinq" mövzusunda müəllimlərə slaydlar vasitəsilə məlumat verildi.