Ulu öndər Heydər Əliyevin anım günü qeyd olundu

12 dekabr 2019-cu il tarixdə məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Ulu bir sərkərdə, ulu bir öndər" adlı tədbir keçirildi. V b sinif rəhbəri Aydan Aşumovanın hazırladığı tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verildi. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb. Şagirdlərin çıxışında ulu öndərə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu.
Həmçinin, anım günü ilə əlaqdar ibtidai siniflərdə də sinifdaxili tədbirlər keçirildi. I b, I c, III a siniflərində ulu öndərə həsr olunmuş video çarxlar nümayiş etdirildi, şagirdlər şeirlər səsləndirdilər.