Kimya-biologiya aylığına yekun vuruldu

Məktəbin fəaliyyət planına uyğun olaraq noyabr ayı ərzində məktəbdə keçirilən kimya-biologiya aylığına yekun vuruldu. Bu məqsədlə fənn müəllimlərinin iştiakı ilə yekun iclas keçirildi. Metodbirləşmə rəhbəri Əliyeva Yeganə fənn aylığı çərçivəsində görülən işlər barədə hesabat təqdim etdi. Həmçinin, aylıq çərçivəsində biologiya fənnindən keçirilən bilik yarışında qalib gələn şagirdlər diplomlarla təltif edildilər, kimya fənni üzrə isə aktivlik göstərən şagirdlər fəxri fərmanla mükafatlandırıldılar. Məktəb rəhbərliyi tərəfindən fənn aylığı çərçivəsində tədbirlər planında nəzərdə tutulan işlərin icrası məqbul hesab edildi və fənn müəllimlərinə təşəkkür bildirildi. Müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.