Kimya fənnindən nümunəvi dərs

04 dekabr 2019-cu il tarixdə məktəbdə kimya müəllimi Şəmsəddinova Aygün kimya fənnindən “Duzların fiziki və kimyəvi xassələri” mövzusunda VIII c sinfində nümunəvi dərs keçdi. Elekron lövhədən istifadə etməklə keçilən dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Şagirdlər əyani olaraq müxtəlif kimyəvi reaksiyalar apardılar. Dərs mövcud kurikulum proqramlarının tələblərinə və qaydalarına uyğun keçirildi. Keçirilən nümunəvi dərs yüksək səviyyədə qiymətləndirildi. Müəllimimizə uğurlar arzu edirik.