3 Dekabr Beynəlxaq Əlillər Günüdür

Məktəbimizin 1 ç sinif müəllimi Məmmədova İlahə 3 Dekabr “Beynəlxalq əlillər” ilə bağlı şagirdlərinin diqqətini bu mövzuya yönəltmək məqsədilə sinif daxilində həssas oyunlar qurdu. Əvvəlcə, şagirdlərin gözlərini bağlayıb otaqda bəzi əşyaları tapmağı tapşırdı, daha sonra ağızlarını şərflə bağlayıb istəklərini, duyğularını ifadə etməyi tapşırdı. Beləliklə, əlil bir insanın yaşadığı çətinlikləri şagirdlər özləri başa düşdülər. Daha sonra kiçik mühazirə təşkil edib, şagirdlərə çatdırdı ki, bu insanları cəmiyyətdən xaric etməməliyik, yara vurmamalıyıq, yaralarını sarımalıyıq. Onlar ətrafından sevgi, şəfqət, mərhəmət görməlidirlər.
Həmçinin, 2 c sinif müəllimi Təranə Hidayətova şagirdlərinin iştirakı ilə video çarx hazırlamışdır.https://www.youtube.com/watch?v=zLVBQDgOzX4