Şagirdlərin ekskursiyası

03 dekabr 2019-cu il tarixdə məktəb kitabxanasının fəaliyyət planına uyğun olaraq II ç sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi , oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında “Balaca ev” cizgi filmini izlədilər. Müasir nağıllarımızı müzakirə etdilər. İntellektual oyun keçirildi. Sonra, kiçik oxu zalında azyaşlı şagirdlər danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular. Uşaqlar kitabxanadan böyük sevinclə ayrıldılar.