İfadəli oxu müsabiqəsi keçirildi

Məktəb kitabxanasının fəaliyyət planına uyğun olaraq şagirdlərin ifadəli və düzgün oxu bacarıqlarının inkişaf etdirilməsi məqsədilə kitabxana müdiri Aynur Kamilova tərəfindən məktəbdə II sinif şagirdləri arasında “ifadəli oxu” müsabiqəsi keçirildi. Bu cür müsabiqələri keçirtməkdə məqsəd şagirdlərdə mütaliə vərdişlərini formalaşdırmaqdır. Mütaliə etməklə hər bir şagird bilik bazasını daha da artıra bilər. Müsabiqənin sonunda məktəbin direktoru Zaur Yusifov qalib gələn şagirdləri diplomlarla təltif etdi və onlara uğurlar arzuladı.