"Yenə də birincilik bizimdir!"28 noyabr 2016-cı il tarixdə məktəbimizin idman zalında stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirildi.Olimpiya sistemi üzrə keçirilən yarışda rayonun 16 məktəb komandası tərkibində bizim komandamız da iştirak edirdi.Komandamız həmişəki kimi ümidlərimizi doğrultdu, I-yerə layiq görüldü.Turnirin mukafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qalibləri təbrik etmiş,onlara təhsildə, idman həyatında yeni-yeni uğurlar arzulamışdır.Komandamızın üzvləri diplomlarla və medallarla təltif olunmuşlar.
Məktəbin komandası Bakı birinciliyini qazandı!Məktəbimizin komandası Bakı şəhər məktəbliləri arasında stolüstü tennis üzrə turnirdə birinci yeri qazanmış və Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşlar.Komandamıza daha böyük uğurlar,nailiyyətlər arzu edirik.
"Olimpiya Hərəkatı-2017-ci il" proqramı məktəbimizdə!Təhsil Nazirliyi,Respublika Olimpiya Komitəsi,Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Olimpiya Hərəkatı 2017-ci il" proqramı çərçivəsində məktəblilərin Respublika Birinciliyinin 1-ci turu basketbol idman növü üzrə məktəbdaxili yarışlar yanvar ayının 05-13-də dairəvi sistem üzrə keçirildi.Bu turda 258№li tam orta məktəbin VIII-XI sinifləri üzrə oğlanlardan ibarət yeddi komanda iştirak etdi.Birinci yeri 10d, II yeri 8ç,III yeri 8e sinfi tutdu,yarışda fərqlənən komandalar məktəbin rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırıldı.