"Sağlam,güclü gələcək uğrunda irəli...!"258№li tam orta məktəbin idman müəllimi Kərimov Əli yetişdirdikləri şagirdləri ilə birgə dəfələrlə məktəbin idman güşəsini qazandıqları kuboklarla,diplomlarla bəzəmişdir.Sevindirici haldır ki ,o bu nailiyyətlərinin bəhrəsi olaraq Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyə və İdman İşçisi adına layiq görüldü.Məktəb rəhbərliyi onu səmimi qəlbdən təbrik etdi,ona işində yeni-yeni uğurlar arzu etdi.
"Sağlam bədəndə sağlam ruh"İdman şagirdlərimizin həyatının ayrılmaz bir hissəsidir.Dəfələrlə məktəbin idmançı şagirdləri müxtəlif yarışlarda iştirak etmiş,kuboklarla,diplomlarla,medallarla məktəbin adını yüksəltmişlər.Bu dəfə də dama üzrə keçirilən rayon turnirində komandamız 1-ci yerə layiq görülmüş,Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.
"Yenə də birincilik bizimdir!"28 noyabr 2016-cı il tarixdə məktəbimizin idman zalında stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirildi.Olimpiya sistemi üzrə keçirilən yarışda rayonun 16 məktəb komandası tərkibində bizim komandamız da iştirak edirdi.Komandamız həmişəki kimi ümidlərimizi doğrultdu, I-yerə layiq görüldü.Turnirin mukafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qalibləri təbrik etmiş,onlara təhsildə, idman həyatında yeni-yeni uğurlar arzulamışdır.Komandamızın üzvləri diplomlarla və medallarla təltif olunmuşlar.