Elladanın gözəl rəqsiAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Nərimanov rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən "Junior Şhow Your Danse 2018"rəqs müsabiqəsində məktəbimizin 5-ci sinif şagirdi Ellada İbrahimova II yer tutduğuna görə diplomla təltif olunmuşdur.
Yusifin ən böyük arzusu2b sinif şagirdi Yusif Şahhüseynli bir müddətdir ki,para taekvando ilə məşğuldur.İdmana böyük həvəsi olan Yusif,eyni zamanda dərslərinə də məsuliyyətlə yanaşır.Bir qədər çətin olmasına baxmayaraq,həm özünün istəyi,həm də valideynlərinin dəstəyi ilə Yusif günbəgün uğur qazanmağa davam edir.Yusifin ən böyük arzusu olimpiya çempionu olmaqdır.
Balaca şahmatçıların böyük uğurlarıBalaca şahmatçılarımız-3-cü sinif şagirdləri C.Aylin, M.Fuad, Ə.Qurban, Y.Aysu və 4-cü sinif şagirdləri M.Ayan, M.Ülvi məktəblər arasında keçirilən respublika çempionatının rayondaxili mərhələsində şahmat idman növü üzrə I yeri tutduqları üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşlar