Yusifin ən böyük arzusu2b sinif şagirdi Yusif Şahhüseynli bir müddətdir ki,para taekvando ilə məşğuldur.İdmana böyük həvəsi olan Yusif,eyni zamanda dərslərinə də məsuliyyətlə yanaşır.Bir qədər çətin olmasına baxmayaraq,həm özünün istəyi,həm də valideynlərinin dəstəyi ilə Yusif günbəgün uğur qazanmağa davam edir.Yusifin ən böyük arzusu olimpiya çempionu olmaqdır.
Balaca şahmatçıların böyük uğurlarıBalaca şahmatçılarımız-3-cü sinif şagirdləri C.Aylin, M.Fuad, Ə.Qurban, Y.Aysu və 4-cü sinif şagirdləri M.Ayan, M.Ülvi məktəblər arasında keçirilən respublika çempionatının rayondaxili mərhələsində şahmat idman növü üzrə I yeri tutduqları üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşlar
Festivalın birincisiMəktəbimizin 6e şagirdi Cəbrayıllı Arif Şahmat Akademiyası tərəfindən keçirilən “Qızıl Payız“şahmat festivalında birincilik qazandı.Biz bu kiçik şahmatçıya gələcəkdə də böyük uğurlar arzu edirik