Hesabat yığıncağı keçirilib
Bakı şəhəri 257 nömrəli tam orta məktəbdə Xətai rayonu İcra Hakimiyyəti Başçısının 3 №-li Sahə Inzibati Ərazi Dairə Nümayəndəliyinin 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələri haqqında hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda məktəbin müəllimləri, inzibati ərazi üzrə sakinlər, Xətai rayon İcra Hakimiyyəti Başçısının müavinləri iştirak edirdi. İclasda 3 №li Sahə Inzibati Ərazi Dairə nümayəndəsi Rizvan Əhədov hesabat məruzəsi etmişdir. Məruzə ətrafında çıxışlar dinlənilmiş və sakinlərin sualları cavablandırılmışdır.Xətai rayon İcra Hakimiyyəti və məktəbin birgə tədbirləri məktəbdə müntəzəm keçirilir.