Səməd bəy Mehmandarovun 160 illik yubileyi Bakı şəhəri Ə.Abbasov adına 257№li tam orta məktəbdə də təntənə ilə qeyd olundu
Azərbaycan hərbinin qürurverici şəxsiyyəti olan Səməd bəy Mehmandarovun 160 illik yubileyi Bakı şəhəri Ə.Abbasov adına 257№li tam orta məktəbdə də təntənə ilə qeyd olundu. Dövlət başçısının sərəncamı cənab Mikayıl Cabbarovun əmri və BŞTİ-nin 03 noyabr 2015-ci il tarixli 270 №li əmri əsasında məktəbdə bu ictimai əhəmiyyət daşıyan hadisəyə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Belə ki, 18 dekabr 2015-ci il tarixində məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Güllər müəllimənin təşkilatçılığı ilə general Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə C.Naxçıvanski adına hərbi liseyin, Xətai rayon İcra Hakimiyyətinin və Polis İdarəsinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan şagirdlər generalın həyat və döyüş yolundan danışdılar və bu faktları əks etdirən slaydlar izlənildi. Tədbirdə iştirak edən qonaqlar general Səməd bəy Mehmandarovun döyüş meydanlarındakı yüksək peşəkarlığını və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazdığını qeyd etdilər. Onun Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesini bütünlüklə milli zəmin üzərində həyata keçirdiyini, hərbi potensial məharətlə istiqamətləndirdiyini və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünü, hərbi təhlükəsizliyini layiqincə təşkil etdiyini qeyd etdilər. Məktəbin direktoru Qarat Qaratov tədbirin sonunda bütün qonaqlara və tədbir iştiarkçılarına xüsusi təşəkkürünü bildirərək, məktəbdə bu kimi tədbirlərin keçirilməsinin gənc nəslin azərbaycançılıq məfkurəsinə uyğun, vətənə məhəbbət ruhundə tərbiyəsində əhəmiyyətinin böyük olduğunu vurğuladı.