Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə 9 oktyabr "Diqqət Uşaqlar" adı altında hərəkətin təhlükəsizliyi aylığı ilə əlaqədar tədbir keçirilmişdir.
Daxili işlər Nazirliyinin müvafiq əmri ilə Respublika ərazisində cari ilin 10 sentyabr - 10oktyabr tarixlərində “Diqqət uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir. Bu münasibətilə Respublikanın ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin xüsusi tapşırığına əsasən mütəmadi olaraq tədbirlər keçirilir. Belə bir tədbir 09.10.2015-ci il tarixində məktəbimizdə keçirilmişdir.Tədbirdə Xətai rayon İcra Hakimiyyəti Başçısının 3 №li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhədov Rizvan Dədəxan oğlu, Xətai rayon Polis İdarəsi 36-cı polis bölməsinin əməkdaşı polis polkovnik leytenantı Behbudov Fariz Xanlar oğlu, Xətai DYPŞ-nin Yol Nəqliyyat hadisəsi üzrə baş inspektoru Abdullayev Yaqub Yunus oğlu, valideynlər və şagirdlər iştirak etmişdir.