DAVRANIŞ POZUNTUSU OLAN UŞAQLARIN PSİXOLOGİYASI
Məktəbimizdə BDU universitetinin professoru Svetlana Məcidovanın iştirakı ilə “Davranış pozuntusu olan uşaqların psixologiyası” mövzusunda təlim-müzakirə keçirildi. Tədbirdə məktəbimizin davranış pozuntusu olan uşaqlarla problemi və eləcə də bu mövzuya marağı olan müəllimlər iştirak edirdi. Qeyd olundu ki, bu kimi uşaqlarla daha çox sözlə deyil, jestlərlə, əllə toxunmaqla işləmək effekt verir. Elə etmək lazımdır ki, bu cür uşaqlar sinifdə özünü yad saymasın. Əgər müəllim, şagirdlər həmin uşağı digərləri kimi narmal qəbul edərlərsə, onda bu uşaq özünü təsdiq etməyə çalışacaq. Bu cür uşaqların qarşısına birdən – birə sədd çəkib qadağalar qoymaq o uşağı eyni hərəkətləri davam etdirməyə məcbur edir. Yalnız onların inamını qazanmaqla bu çətinliyin öhdəsindən gəlmək olar.