Ümumtəhsil məktəblərində ingilis dilində danışıq klublarının yaradılması

Məktəbimizdə BŞTİ-nin xarici dillər istiqamətində həyata keçirdiyi layihələrdən biri “Ümumtəhsil məktəblərində ingilis dilində danışıq klublarının yaradılması“ layihəsi tətbiq olunur. Layihə çərçivəsində məktəbin ingilis dili müəllimi Məhərrəmova Kəmalə Şirvan qızı təlimlərə cəlb olunmuş, müxtəlif mövzulara həsr olunan təlimlərdə iştirak edərək danışıq klublarının ümumtəhsil məktəblərində təsis olunması, klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları, hesabatlılığın aparılması və s. kimi danışıq klublarının yaradılması və idarə edilməsi ilə bağlı məlumatlara yiyələnmişdir. Təlimlər yekunlaşdıqdan sonra əldə edilmiş məlumatlar əsasında məktəbimizdə “İngilis dilində danışıq klubu”nun yaradılması fəaliyyəti həyata keçirilmişdir. Yaradılmış danışıq klubunda məktəblilər onlayn və üzbəüz formada danışıq klubu şəklində ingilis dilini öyrənənlərlə ünsiyyət qurma vərdişlərinə yiyələnirlər. Danışıq klubumuz zəngin kitab resursları, jurnal, DVD və “British Council”ın ingilis dilinin öyrənilməsi üçün elektron resurs və proqramları yüklənmiş kompüterlərlə təmin olunub. Müəllimlər danışıq klubunun yaradılmasının ingilis dili tədrisinin inkişafına müsbət təsir edəcəyini qeyd edirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi