Məktəbdə IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 117 nömrəli 27.02.2017-ci il tarixli əmrini və təsdiq edilmiş tədbirlər planını əsas tutaraq 15.04.2017-ci il tarixində məktəbdə IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının təbliği ilə yanaşı şagirdlərdə dini tolerantlıq, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, islam mədəniyyəti, incəsənəti və tarixini təbliğ etməkdən ibarətdir.