Məktəbimizdə mütaliə vərdişlərinə həsr olunmuş tədbir

Məktəbimizdə mütaliə vərdişlərinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Mütaliə vərdişlərinə həsr olunmuş tədbirdə məktəbin III və IV sinif şagirdləri mütaliə ilə bağlı müdriklərdən maraqlı sitatlar söyləyib, şeir və mahnılar ifa ediblər. Məktəbin dərnək rəhbəri Səbinə Mahmudovanın təşkilatçılığı ilə şagirdlər oxuduqları elmi və bədii mətnləri müzakirə etdilər. Üçüncü siniflər oxuduqları “Tolerantlıq nədir?”, “Müstəqil necə qərar verə bilərik”, ”Şahzadə və dilənçı”, ”Göyçək Fatma”, “Tom Soyerin hekayələri”ni,dördüncü siniflər “Qaraca qız”, “Çinar ağacı”, ”Buz” hekayələrini təhlil və müzakirə etdiər. Sonra bu əsərləri rollu oyunlarla canlandırdılar. Tədbirin Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən keçirildiyi, şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin müstəsna rolu olduğu bildirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi