“ŞAHİNLƏR” HƏRBİ İDMAN OYUNLARI

Məktəbimiz şagirdlərin vətənpərvər ruhda böyüməsi, onlara vətən sevgisi aşılayaraq gələcəkdə Azərbaycana layiqli bir vətəndaş kimi yetişməsinə xüsusi əhəmiyyət verir. Hər il olduğu kimi bu il də məktəblərarası keçirilən “Şahinlər” hərbi-idman oyunununda məktəbimizin şagirdləri özlərini layiqincə təmsil edərək müəllimlərinin, xüsusən də məktəbin hərbi rəhbəri Sərdar Eyubovun zəhmətini itirmədilər. “Şahinlər” hərbi-idman oyunları yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən idman oyunudur. Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşəbüssü və təşkilatçılığı ilə keçirilən ”Şahinlər” hərbi-idman oyununun final mərhələsi keçirildi və oyun dövlət himnin səsləndirilməsi ilə başladı. Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri qeyd etdilər ki, bu cür yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığına köməkliyin göstərilməsidir. Daha sonra Xətaii rayonu üzrə bir sıra məktəblərin şagirdləri arasında keçirilən hərbi-idman yarışlarına start verildi. Əvvəlcə hər bir komanda üzvləri təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi