Məktəblilərimizin II Məntiq Olimpiadasının ilk turundakı nəticələri
Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb. Olimpiadanın məktəbdaxili mərhələsində məktəbimizin 265 şagirdi iştirak edib. Bilik yarışının ilk turunda şagirdlərə 30 test sualı təqdim olunub Nəticələrə əsasən, 6 şagird uğur qazanaraq olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.Bunlardan üçü 6 Ə sinfinin şagirdləri Kərimli İlkin Elçin oğlu, Salmanova Aynur Taleh qızı, İmanquliyev Aqşin Hümmət oğlu , ikisi 6 E sinif şagirdləri Qarayev İsmayıl Adil oğlu və Nəbiyev Xaliq Dilsuz oğlu,biri isə 6 C sinif şagirdi Rəcəbov Ülvi Aydın oğludur.Olimpiadanın final mərhələsi mayın 6-da təşkil olunacaq.Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirildi.Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.Bu münasibətlə şagirdlərimizi təbrik edir və onlara növbəti mərhələdə uğurlar arzulayırıq.