“Gənclərin sağlamlıq festivalı” adlı tədbir keçirildi

Xətai Rayon İcra Hakimiyyətinin, İdman və Gənclər, Səhiyyə Nazirliklərinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və “İnkişaf naminə idman” İctimai Birliyinin təşkilatçılığı ilə 6 Aprel- Beynəlxalq Fiziki Aktivlik Günü çərçivəsində “Gənclərin sağlamlıq festivalı” adlı tədbir keçirilmişdir. Rayondakı Heydər Əliyev adına parkda təşkil edilən tədbir qonaqların və festival təşkilatçılarının Ulu Öndərin burada ucaldılan abidəsinin ziyarəti ilə başladı.Tədbirin rəsmi hissəsini açan Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bu idman bayramı haqqında məlumat verərək bildirdi ki, 2013-cü il avqustun 23-də BMT-nin Baş Assambleyasında yekdilliklə qəbul edilmiş qətnamədə rəsmi adı “İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü” olan bu bayramın aprelin 6-da bütün dünya ölkələrində qeyd edilməsi tövsiyə olunmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev idmanın ölkədə, bütün dünyada inkişafın və sülhün təmin edilməsində artan rolunu yüksək qiymətləndirir və onun respublikamızda kütləviləşməsinə son dərəcə böyük diqqət verir.“Hərəkətdəsənsə aktivsən”, “Tütündən azad həyat” devizi altında keçirilən festivalda idman və gənclər nazirinin müavini İntiqam Babayev, Milli Məclisin idman və gənclər komitəsinin sədri Fuad Muradov və digər rəsmi qonaqlar da çıxış edərək bildirdilər ki, Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində diqqət və qayğının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatandan sonra məktəblilər arasında estafet yarışlarına start verildi.Sonda bu idman bayramında iştirak edən bütün məktəblilərimizə sertifikatlar verildi, yarışların qalibləri kubok, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi