V, VI, VII və VIII siniflərdə Böyük Summativ Qiymətləndirmə (BSQ) onlayn formatda keçirildi.

Məktəbimizdə V, VI, VII və VIII sinif şagirdləri üçün tədris ilinin sonunda keçirilən Böyük Summativ Qiymətləndirmə (BSQ) Microsoft Teams platforması vasitəsilə onlayn formatda təşkil olundu.
Şagirdlər müxtəlif fənlər üzrə tapşırıqları yerinə yetirərək tədris ili ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirdilər. Onlayn qiymətləndirmənin təşkili müasir texnologiyaların təhsildə tətbiqi və distant öyrənmə bacarıqlarının inkişafı baxımından əhəmiyyətli oldu.
BSQ nəticələri ümumi qiymətləndirməyə daxil ediləcək və şagirdlərin təhsil göstəricilərinin obyektiv şəkildə müəyyən olunmasına xidmət edəcək.