Məktəbimizdə açıq dərs

Məktəbimizdə müxtəlif fənlər üzrə açıq dərslər keçirilir. Belə açıq dərslərdən biri də məktəbin riyaziyyat müəllimi Aybəniz Mehralıyevanın 8 D sinfində “Fiqurların çevrilməsi. Dönmə” mövzusunda keçdiyi açıq dərs oldu. Dərsin məqsədi şagirdlərə simmetriya və dönmə anlayışlarını mənimsətmək, onlarda fiqurların dönməsinə aid bacarıqları formalaşdırmaq idi.Cütlərlə və kollektiv iş formalarından,eləcə də müzakirə və beyin həmləsi iş üsullarından istifadə edən müəllim dərs zamani fənlərarası inteqrasiya da etdi.Müxtəlif riyazi tapmacalar,eləcə də “Özünü yoxla” adlı test tapşırıqları şagirdləri daha da fəallaşdırdı.Dərsin müəllim tərəfindən maraqlı qurulması şagirdlərin mövzunu həm nəzəri,həm də tətbiqi cəhətdən düzgün dərk etməsinə şərait yaratdı.Dərsdə iştirak edən müəllimlər və rəhbərlik A.Mehralıyevanın bu dərsini çox yüksək qiymətləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi