TARİXİ FACİƏMİZİ UNUTMURUQ
Məktəbimiz hər zaman xalqımızın tarixi , ədəbi-mədəni mühitində baş verən hadisələrin qeyd olunmasına xüsusi önəm verir.Belə hadisələrdən biri də 31 Mart azərbaycanlıların soyqırımı günüdür. Bu günün qeyd olunmasında məqsəd şagirdlərimizdə milli vətənpərvərlik hissinin gücləndirilməsi, xalqımızın tarixinə biganə olmamaq hissini aşılamaq , xalqımızın haqq səsini digər xalqların nümayəndələrinə çatdırmaqdır.Məktəbimiz bu tarixi günün qeyd olunması ilə bağlı fəaliyyət planı hazırlamış və planın icrası ilə əlaqədar bir sıra işlər görülmüşdür.31 mart 2017- ci il tarixində məktəbdə ilk dərs saatları soyqırımı faciəsinin anılmasına həsr olunmuş,pedaqoji kollektiv və şagirdlər tərəfindən faciə qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir.Dərslərdə bu faciə haqqında məlumatlar dinlənilmiş,şagirdlər tərəfindən təqdimatlar hazırlanmışdır.Məktəbin foyesində soyqırımına həsr olunmuş kitablardan ibarət sərgi təşkil olunmuşdur.Şagirdlər sərgi önünə gələrək anım günü ilə əlaqədar çıxışlar etmiş,şeirlər söyləmişlər.Həmçinin məktəbdə tarix,ədəbiyyat və rəsm dərsləri bu günə həsr edilir.