Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası haqqında elmi konfrans

22 fevral 2017-ci il tarixində məktəbin akt zalında “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı ilə əlaqədar olaraq “Eko – etnoqrafiya şagirdlərin tədqiatında” adlı tədbir keçirildi.Tədbirdə şagirdlər Azərbaycanın ekoloji tarixinə dair maraqlı araşdırmalarını təqdim edirdilər. Müxtəlif yaş qruplarından olan şagirdlərin iştirakı ilə keçirilən bu tədbirdə Azərbaycan torpaqlarında erməni hücumlarından sonra yaranan ekoloji problemlərdən, Ulu öndərin rəhbərliyi ilə yaradılmış Konstitusiyamızın iki maddəsinin (Maddə 39 və 78) ekologiya ilə bağlı olmasının Ümummilli liderimizin Azərbaycan vətəndaşlarına və təbiətinə sayğısını nümayiş etdirməsindən,cənab prezidentimizin sərəncamı ilə 2010-cu ilin “Ekologiya ili” olmasından və bu sahədə görülən işlərdən,dövlətimizin maddi-mədəni irsimizin qorunması ilə bağlı atdığı addımlardan,ekologiyanın etnoqrafiya ilə əlaqəsindən söz açdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi