Tariximizin göz yaddaşı
“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət.Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı ilə əlaqədar olaraq məktəbin foyesində maddi-mədəni irsimizi əks etdirən eksponatlardan ibarət sərgi təşkil olundu.Sərginin təşkilində məqsəd şagirdlərimizi xalqımızın etnoqrafiyasını əks etdirən maddi sərvətlərlə tanış etmək,onlarda tarixə,xalqın mədəniyyət və incəsənətinə maraq oyatmaqdır.Sərgidə müxtəlif bəzək,məişət əşyaları,kilim,xalça,mətbəx avadanlıqları nümayiş olundu.