Məktəbimiz "Ekologiya və iqtisadiyyat aylığı"nın fəalı seçildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində yanvar ayı üçün nəzərdə tutulan “Ekologiya və iqtisadiyyat aylığı” başa çatıb.Məktəbimizdə də “Ekoloji aylıqlar” layihəsi həyata keçirilmişdir. Qeyd edək ki, bu layihənin icrası ilə əlaqədar olaraq, məktəbin fəaliyyət planı hazırlanmış və aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirilmişdir.“Ekologiya və iqtisadiyyat“ mövzusunda ədəbi-bədii gecə keçirilmiş, tədbirdə günümüzün və bəşəriyyətin ekoloji problemlərinə toxunulmuş, bu barədə şagirdlərin çıxışları dinlənilmiş, videoçarxlar nümayiş etdirilmişdir. Müasir dövrdə iqtisadiyyatın inkişafı ilə əlaqədar ekologiyada baş verən dəyişikliklər və mənfi hallar, onların aradan qaldırılma yolları qeyd edilmişdir.İçməli sudan, elektrik enerjisindən, maye qazdan qənaətli istifadə etməyi təbliğ etmək məqsədilə məktəbdə posterlər vurulmuş, şagirdlərə bunun dövlətimiz, xalqımız və hər bir ailənin büdcəsi üçün xeyri izah olunmuşdur.Şagirdlər arasında “Qənaət zənginlik deməkdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.Məktəbdə “Hər kağız parçası – bir yaşıl ağac” devizi altında kağız tullantılarının toplanması aksiyası həyata keçirilmişdir.Layihə çərçivəsində “Məktəb avadanlıqlarını qoruyaq və saxlayaq!”, “Yer kürəmizi qoruyaq”, “Gəlin qənaət edək, israfçılığa yol verməyək, büdcəmizi qoruyaq!”, “Məni cırma, məni əzmə, məni oxu və qoru”, “Tullantılara yenidən həyat verək” şüarları altında rəsm müsabiqəsi keçirilmiş və sərgi təşkil olunmuşdur.Habelə məktəbyanı sahədə abadlıq işləri görülmüşdür.Məktəbin ay ərzində gördüyü işlər həm ekologiyanın qorunması və ətraf mühitin təmiz saxlanılması, həm də iqtisadi baxımdan məktəb üçün səmərəli olub.Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Ekologiya və iqtisadiyyat aylığı” çərçivəsində Bakı şəhəri üzrə öz fəallıqları ilə seçilən məktəblər arasında məktəbimiz də qiymətləndirilmişdir.