“Ekologiya və iqtisadiyyat”

Bakı şəhəri 257 nömrəli tam orta məktəbdə “Ekoloji aylıqlar” layihəsi çərçivəsində 24 yanvar tarixində məktəbin akt zalında “Ekologiya və iqtisadiyyat” mövzusunda tədbir keçirildi.Layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.Layihə çərçivəsində bu və sonrakı təqvim aylarında məktəbimizdə ekoloji istiqamətdə məktəblilər tərəfindən müvafiq mövzu ətrafında araşdırmaların aparılması, müxtəlif layihələrin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, ümumtəhsil məktəblərində və məktəbimizdə bu tədbirlər BŞTİ-nin 2016-2017-ci tədris ili üzrə fəaliyyətinə uyğun “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də “Ekoloji aylıqlar” layihəsidir.Tədbirdə günümüzün və bəşəriyyətin ekoloji problemlərinə toxunulmuş,bu barədə şagirdlərin çıxışları dinlənilmiş,videoçarxlar nümayiş etdirilmişdir. Müasir dövrdə iqtisadiyyatın inkişafı ilə əlaqədar ekologiyada baş verən dəyişikliklər və mənfi hallar, onların aradan qaldırılma yolları qeyd edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi