“ŞƏHİDLƏR ÖLMƏZ” ADLI TƏDBİR

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edir. «20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamı əsasında məktəbdə müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.Tədbirlər planına əsasən məktəbdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda milli qürur hissinin artırılması, vətənin suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların əbədi xatirəsinə həsr olunmuş dərslər, dəyirmi masalar, fotosərgilər və ədəbi-bədii gecələr keçirilmişdir.18 yanvar 2017-ci il tarixində məktəbdə “Şəhidlər ölməz adlı” adlı tədbir keçirildi. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin və SOS Uşaq Kəndinin nümayəndələri iştirak etdilər.İlk öncə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin hazırladıqları şeir kompozisiyasını dinlədilər, rəsm və kitab sərgisinə baxış keçirdilər. Sonra 257 nömrəli tam orta məktəbin məktəbin direktoru Qarat Qaratov bildirdi ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olub. 20 yanvar gecəsi şəhidlik zirvəsinə ucalan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, azadlıq, müstəqillik yolundan onu heç bir qüvvə döndərə bilməz. 20 Yanvar faciəsindən 27 il ötür. Ancaq qədirbilən xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir. Təşkil olunan tədbirdə məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olundu. Tədbirdə qeyd etdilər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda, qürur və iftixar günüdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi