Tam orta təhsil səviyyəsinin təmayülləşməsi ilə əlaqədar valideyn iclası

2017-2018-ci dərs ilində tam orta təhsil səviyyəsinin təmayülləşməsi ilə əlaqədar 06.01.2017-ci il tarixində məktəbin akt zalında valideyn iclası keçirilmişdir. İclasda məktəbin 9-cu sinif şagirdlərinin valideynləri və sinif rəhbərləri iştirak edirdi.İclasda valideynlər tam orta təhsil səviyyəsinin təmayülləşməsi ilə əlaqədar yeni sistemin tətbiq olunacağı və zonalar üzrə təmayül məktəblərin müəyyənləşəcəyi barədə məlumatlandırıldılar. Valideynlərin nəzərinə çatdırıldı ki, təmayül siniflərdə əsas fənlərdən qiyməti 4 və 5 olan şagirdlər təhsil ala biləcəklər. Bundan başqa valideynlərə təmayül istiqamətləri və bu istiiqamətlərdə tədris olunacaq fənlər barədə məlumat verildi.