Milli Dirçəliş Günü

Müstəqil Azərbaycan tarixində yer tutmuş bir çox əlamətdar günlər var. Belə günlərdəbn biri də Dirçəliş Günüdür. Gələcək nəslin vətənpərvər ruhda tərbiyəsində xüsusi əhəmiyyət daşıyan belə tədbirlərin məktəbin illik fəaliyyət planına daxil edilməsi də məqsədəmüvafiq hallardandır. Məktəbin 3Ç sinif şagirdləri və ibtidai sinif müəllimi İlhamə Həsənova da bu günün qeyd olunmasına xüsusi olaraq hazırlaşmışdılar.Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbir bu tarixi günün yaranmasını əks etdirən videoçarxın izlənilməsi ilə davam etdi. Tədbirdə şagirdlər bu günü vəsf edən şeirləri xüsusi bir şövqlə səsləndirdilər, xüsusilə də, “Azərbaycan dünyam mənim ”, “Heydər baba” şeirləri buna misal ola bilər .Vətənpərvərlik mövzusunda olan mahnılar tədbiri daha da canlandırırdı. Belə ki, şagirdlərdə tədbiri izləyənlərdə doğma vətənimizi vəsf edən bu mahnıları birgə ifa edirdilər. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi