Məktəbimizin birinciləri “Milli Nağıl” müsabiqəsində ikinci yerə layiq görülmüşdür

15-16 dekabr 2016-cı il tarixlərdə Xətai rayonundakı 269 nömrəli tam orta məktəbin akt zalında Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon ümumtəhsil orta məktəblərinin ibtidai sinif şagirdləri arasında “Milli Nağıl” müsabiqəsi keçirilmişdir.Müsabiqədə rayonun 23 orta məktəbin şagirdləri Azərbaycanın milli nağıllarından bəhs edən kiçik səhnəciklər göstərilmişdir. Hər bir məktəb bu müsabiqəyə xüsusi hazırlaşmışdı.Məktəbimizin 1Ç sinif şagirdləri də müsabiqədə iştirak edirdi. Balaca "Cik-cik"lərimiz - Aylin, Kərim, Xanım, Ramal, Muhamməd, Fatimə, Hüseyn, Damla, Yusif, Nurlan, Nadir öz rollarını o qədər şövqlə ifa edirdilər ki , onlarin hələ 3 ay bundan əvvəl məktəbə ilk olaraq qədəm atan balaca fidanlar olduğuna heç inanmaq olmurdu. Balacaların belə sərbəst ifası tamaşaçılar və münsiflər heyəti tərəfindən bəyənilmiş və ikinci yerə layiq görülmüşdür. Bu işdə ibtidai sinif müəllimi Maral Əliyevanın əməyi böyükdür. Biz də öz növbəmizdə müəlliməmizə və birincilərə uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi