DAHİ ŞƏXSİYYƏTİN ANIM GÜNÜ

Bakı şəhəri 257 nömrəli tam orta məktəb daim respublikanın tarixi və ictimai həyatında baş verən hadisələrə həsr olunmuş tədbirlərin təşkilinə böyük önəm verir. Bu gün hər bir azərbaycanlının qəlbində yaşayan, unudulmaz şəxsiyyət, dahi lider, milləti üçün bütün həyatını fəda edən, xalqının rifahı üçün əsrarəngiz layihələrə imza atan, əsl vətənpərvər Ümummilli lider Heydər Əliyevin anım günüdür. 13 ildir ki, bu fenomenə çevrilmiş şəxsiyyətin səsi, sözü üçün həsrətik. Onun qurduğu, yaratdığı Azərbaycanın çiçəklənməsini gördükcə qəlbimiz fəxr və qürur hissi keçirir. Məktəbimiz anım gününün qeyd olunması ilə bağlı tədbirlər planı hazırlamış və bu plan əsasında bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, məktəbin şagirdləri arasında Ulu öndərə həsr olunmuş şeirlərin ən yaxşı ifaçısını müəyyənləşdirmək üçün şeir müsabiqəsi keçirilmişdir. Məktəbin foyesində Ümummilli liderə həsr olunmuş guşə yaradılmış, 12 dekabr tarixinin ilk dərsləri anım gününə həsr olunmuş, dahi şəxsiyyətə ithaf olunmuş mahnılar səsləndirilmişdir. Fənn müəllimləri, xüsusən də tarix və coğrafiya müəllimləri tayı-bərabəri olmayan xilaskarımızın ölkəmizin tarixində və sosial-iqtisadi inkişafındakı inkarolunmaz mövqeyindən, dil və ədəbiyyat müəllimləri onun bir natiq kimi xüsusiyyətlərindən, mədəniyyətimizə, incəsənətimizə, dilimizə və ədəbiyyatımıza dair zəngin bilgilərindən və qayğısından söz açmışlar.Şagirdlər və müəllimlər məktəbin foyesində Ulu öndərə həsr olunmuş guşənin önünə tər çiçəklər qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi