Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması

6 dekabr 2016-cı il tarixində Nizami adına Kino Mərkəzində Məktəblilərarası I Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər arasında məktəbimizin üç şagirdi: Dünyamalızadə Qəmbər, Nəsibov Ömər və Fərzalıyeva Fidan bürünc medala layiq görülmüşdür. Tədbir olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarxın nümayişi ilə başlandı. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov bilik yarışının qaliblərini təbrik etdi, məntiq olimpiadasının əhəmiyyətindən söz açdı. BŞTİ-nin müdürü Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarığının erkən yaşda aşkarlanması istiqamətlərində mühüm addımlar atılır. Tədbirdə qeyd olundu ki, olimpiadada paytaxtın 292 məktəbindən 23834 nəfər V-VI sinif şagirdi iştirak etmiş, onlardan 2375 nəfər finalda iştirak hüququ qazanmış, yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagirdin adı mükafatçılar sırasına daxil olunmuşdur. Çox sevindirici haldır ki, bu şagirdlərdən məhz üçü bizim məktəbin şagirdləridir. Biz də öz növbəmizdə şagirdlərimizə uğurlar arzulayır və nailiyyətlərinin yüksək olmasını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi