“Ölkəmizi tanıyaq” tur aksiyası başa çatdı

20 noyabr tarixində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai məktəblilərinin Gəncə, Göygöl, Şəmkir rayonlarına səfərləri başa çatdı. Bu məktəblilər arasında məktəbimizin 11D sinif şagirdi Tağıyev Hüseyn Zülfüqar oğlu da var idi. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşıladılar.Qarşılanma mərasimində çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanıtmaqdır.İctimaiyyət nümayəndələri, valideynlər bu cür aksiyanın gələcək nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar. Aksiyanın təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Səfərdən böyük təəssüratla qayıtdığını deyən Tağıyev Hüseyn belə aksiyaların onların dünyagörüşlərinə böyük təsir göstərdiyini qeyd etdi. Onun sözlərinə görə aksiya çərçivəsində ən maraqlı məqamlardan biri də iştirakçılar arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual bilik yaraşmasının qaliblərinin məhz Xətai rayon məktəblilərinin olması olub.Qarşılanma mərasimi rayon mədəniyyət evinin kollektivinin ifasında rəngarəng musiqilərlə davam etdirilib. Sonda xatirə şəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi