Beynəlxalq tolerantlıq günü

"Multikulturalizm ili" elan olunmuş 2016-cı ildə respublika ictimaiyyəti bu "il"ə həsr olunmuş bir sıra kütləvi tədbirlər keçirmiş və keçirilən bütün tədbirlərdə birmənalı şəkildə Azərbaycan dünya ölkələrinə tolerantlıq nümunəsi olaraq göstərilmişdir. Təkcə bunu demək kifayətdir ki, Azərbaycanda hər bir azsaylı xalqın nümayəndəsi öz ana dilində təhsil almaq hüququna malikdir. Bir ümumtəhsil məktəbi olaraq bizim də məktəbimizdə tədris iki dildə ( Azərbaycan və rus) aparılır və bu siniflərdə müxtəlif xalqların nümayəndələri olan uşaqlar birgə təhsil alır,onların mədəniyyəti,məişəti, psixologiyası inteqrativ şəkildə inkişaf edir. Məktəbimiz bu mövzuda olan tədbirləri ilin əvvəlindən demək olar ki, mütəmadi şəkildə aparır. Belə tədbirlərdən biri də məktəbin müəllimi Şirəliyeva Sevinc Əşrəf qızı tərəfindən aparılan dəyirmi masadır. Keçirilən dəyirmi masada müəllim və şagirdlər tolerantlıq mövzusunda çıxışlar etdilər, fikir mübadiləsi apardılar. Bütün çıxışlarda bu da qeyd olundu ki, dünyanın heç bir inkişaf etmiş ölkəsi Azərbaycan qədər demokratik,insanların milli,dini,mədəni azadlıqlarına hörmətlə yanaşan bir ölkə səviyyəsinə çata bilməz.Bu istiqamətdə ölkə başçısının və hörmətli Mehriban xanım Əliyevanın rolu böyükdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi