"Ən böyük nailiyyətimiz əbədi dirçəlişimiz-müstəqilliyimizdir"

Müstəqil Azərbaycanın çiçəkləndiyi bir dövrdə yaşayaraq bu müstəqilliyi qiymətləndirməmək,təbii ki,mümkünsüzdür. Azad və müstəqil respublikamızın davamçıları olan uşaqlar və yeniyetmələri bu ruhda tərbiyə etməyi qarşısında məqsəd qoyan məktəbimiz bu istiqamətdə olan bütün məktəbdənkənar tədbirlərdə fəal iştirak edir. Belə tədbirlərin davamı olaraq məktəbdə "Ən böyük nailiyyətimiz əbədi dirçəlişimiz, müstəqilliyimizdir" adlı tədbir keçirildi. Məktəb icmasının xüsusi fəallığı ilə keçirilən bu tədbir şagirdlərimizə müstəqilliyimizin hər anını, dəyərini anlamağı,hansı çətinliklərlə başa gəldiyini , Ümummilli liderimiz Heydər Əliyev tərəfindən necə qorunub-saxlanmasının əziyyətlərini öyrətdi.Müstəqil Azərbaycanın davamlı inkişafında Cənab Prezidentimizlə daim bir yerdə yalnız irəli addımlamalı olduğumuzun gərəkli olduğu söylənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi