Birinci sinif şagirdlərinin psixoloji hazırlıq səviyyəsinin ölçülməsi
257 nömrəli tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova 1-ci siniflərin məktəbə adaptasiyası ilə bağlı qrup oyunlari və məşğələlər keçirmişdir
Tətildən sonra məktəbə yeni gəlmiş bəzi şagirdlər tədris prosesinə, məktəbə bir az gec uyğunlaşır, digər şagirdlər içərisində özünü qərib hiss edə bilirlər. Həmin sinfin şagirdləri ilə aparılan psixoloji söhbətlər, qrup oyunları onların bütün siniflə qaynayıb qarışmasına və dərslərinə qarşı daha diqqətcil olmasına şərait yaradır.
Onu da deyim ki, tətildən sonra şagirdlərin məktəbə, dərslərinə diqqətini cəlb etmək üçün yenə də müəllimlərin üzərinə böyük bir vəzifə düşür. Uzun tətildən sonra sinifdə oturmağa alışmayan (bu, xüsusilə, aktiv uşaqlara aiddir), dərslərə müntəzəm çalışmaqda tənbəllik edən şagirdlərin adaptasiya olunması üçün onlara səbrlə, təmkinlə, qayğı ilə yanaşılmalı və həmin şagirdləri tədricən məktəb rejiminə alışdırmaq üçün çalışılmalıdır.