Uşaq hüquqları aylığı

    Azərbaycanda uşaqlara dövlət və cəmiyyət daim diqqət göstərir. Uşaq problemlərinin həlli ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətimiz bir sıra beynəlxalq müqavilələrə qoşulmuşdur.

    Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixində BMT- nin Uşaq hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bununla bağlı bu gün sinif təşkilat saatlarında şagirdlər məlumatlandırılıb.

    Qeyd olunub ki, uşaqların sağlamlığının qorunması, hər bir uşağın keyfiyyətli təhsil alması dövlət orqanları qarşısında duran əsəs vəzifələrdən biridir.

    Eyni zamanda ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət tərəfindən müavinət və yardımlar təyin olunur.

    Bunula belə şagirdlərə, Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 10-dan çox uşağın həlak olması, 50 nəfərin yaralanması, bir çox uşağın isə valideynlərini itirmələri barədə məlumat verildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi