17 noyabr –Milli Dirçəliş Günüdür
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. Məktəbdə təşkil olunan tədbirdə şagirdlərə bu günün tarixi barədə məlumat verildi. Qeyd olundu ki, Sovet imperiyasının anti- Azərbaycan siyasəti nəticəsində 1988-ci ildə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata –baba yurdlarından qovuldu, eyni vaxtda Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törədildi. Narazı xalq 17 noyabr 1988-ci ildə etiraz mitinqlərinə başladı. Bu Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Həmin mitinqlər zamanı qoyulan məsələlərdən biri də Sovet İttifaqından ayrılmaq idi. Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir. Vurğulandı ki, indi xalqımız Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun artmasında böyük rol oynayır. Məhz bu qələbə ilə xalqımız vaxtilə milli hərəkatda səsləndirdiyi arzu və istəkləri həyata keçirməyə nail oldu.