Narkomaniya zəmanəmizin bəlasıdır

    Bu gün məktəbdə "Gələcəyimizi birlikdə düşünək, Nakomaniyaya YOX deyək!" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin və Xətai RPİ-nin əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qarat Qaratov qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbirin məqsədi barədə məlumat verdi. Tədbirdə Vətən Müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər şagirdlərə bugünki tədbirin mahiyyətini açıqlayaraq bildirdilər ki, şəxsiyyətin formalaşmasında cəmiyyət ilkin tərbiyə, əhatəsində olduğu mühit sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Hər bir uşağın, yeniyetmə və gəncin gələcəyin ağıllı, dəyərli insan olması, eyni zamanda caniyə, narkoman və oğruya çevrilməsi, ilk əvvəl evdə aldığı tərbiyədən, evdən kənarda münasibətdə olduğu insanların hansı vərdişlərə sahib olmasından çox asılıdır. Əlbəttə gənclərin arzuolunmaz yollara düşməsinin əsas səbəbi valideyn nəzarətinin zəif olması və onu əhatə edən mənfi mühitdir. Hazırda internet və sosial  şəbəkələrdən geniş istifadə ailələrin övladlarına nəzarəti olduqca zəiflədib. 
    Uşaqların ən çox məktəb həyatında formalaşdığını diqqətə çatdıran qonaqlar bildirdilər ki, əksər vaxtlarda narkotik alverçiləri, məhz məktəbliləri hədəf olaraq seçirlər. Mütəxəssislər düşünürlər ki, uşaqların asudə vaxtlarının düzgün qurulması, maarifləndirici görüşlərin mütəmadi keçirilməsi, gənclərimizə narkomanlığın necə bir bəla olmasını dərk etdirməklə onları bu yoldan çəkindirmək olar. 
    Çıxışları çox böyük maraqla dinləyən şagirdlərə sonda narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə hazırlanmış video çarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi