12 noyabr – Konstitusiya günüdür

Bu gün məktəbdə 12 noyabr Konstitusiya günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilmişdir. Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendumyolu ilə öz dövlətinin əsas Qanununu – Konstitusiyasını qəbul edib. Bu müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyasıdır. Yeni Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Artıq 26 il keçməsinə baxmayaraq əsas Qanunumuzun nə qədər güclü, kamil və həyatı sənəd olduğu təsdiqlənmiş və demokratik bir sənəd kimi özünü doğrultmuşdur. Daha sonra müəllimlər Konstitusiyanın 42-ci maddəsindən bəhs edərək bildiriblər ki, bu maddə təhsil hüququnu özündə əks etdirir. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli fəaliyyət sahəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi