"Vətənpərvərlik etüdləri" lahiyəsi çərçivəsində "Ağdamın mənzərələri" adlı etüd-sərgi
Zəfər günü ərəfəsində vətənpərvərlik etüdləri çərçivəsində "Ağdamın mənzərələri" adlı etüd -sərgi təşkil edilib. Azərbaycan Respublikasının Prezidentinin Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində xüsusi nümayəndəliyin təşəbbüsü ilə həyata keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının 14 üzvü iştirak edib. Rəssamlar Ağdamın dağıdılmış tarixi abidələrini, simvolik tikililərin şəkillərini çəkib. İştirakçılar arasında məktəbin təsviri incəsənət müəllimi Sevinc Kərimova da olub. Rəssamlar çəkdikləri əsərləri günün sonunda "Şahbulaq" qalasında nümayiş ediblər. Təşkil olunan sərgidə əsasən keçən il işğaldan azad olunmuş guşələrin təsvirləri, Ağdamın tarixi abidələri və ordumuzun düşmən üzərində qələbəsini əks etdirən əsərlər yer alıb. Sərginin sonunda tədbirin təşkilatçısı Emin Hüseynov bu tarixi qələbə münasibətilə rəssamları təbrik edib. Tədbir iştirakçılarına hədiyyə və diplomlar təqdim olunub.
Sevinc Kərimova çəkdiyi 3 əsəri Ağdam muzeyinə hədiyyə edib.
Biz də kollektiv olaraq müəllimə işlərində yeni-yeni uğurlar arzulayırıq.