8 noyabr -Zəfər Günü şanlı tariximizdir!
"Tədbirlər Planı"na uyğun bu gün məktəbdə tarix müəllimi Bəxtiyar İsrafilov IX sinif şagirdləri ilə "8 noyabr -Zəfər Günü Şanlı Tariximizdir!" adlı ədəbi-bədii kompozisiya keçirdi.
Şagirdlər çox böyük sevinc və fərəh hissi ilə çıxış edərək bildirdilər ki, bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Vətən Müharibəsində qazandığımız qələbə hər birimiz üçün böyük qürur, fəxrdir. 30 illik torpaq həsrətinə son qoyuldu. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında Ali Baş komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.
Tədbirdə məktəbin direktoru Qarat Qaratov Vətən Müharibəsi şəhidi Ceyhun Həsənovun atası Aydın Həsənov, hərbiçi Etibar Pirimov da iştirak edirdi.