Məktəblilər mühazirə və seminarlarda

    "27 sentyabr Anım Günü və 8 noyabr Zəgər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təbirlər Planı"ndan irəli gələn tapşırıqlara uyğun olaraq bu gün məktəbdə təşkil olunan mühazirə və seminarlarda məktəblilər böyük maraqla iştirak etdilər. Mühazirə və seminarları tarix müəllimləri Səbinə Məlikova, Zəkiyyə Şabanova keçirdi. Məktəblilərə şanlı qələbəmizin keçdiyi yoldan bəhs edən müəllimlər qeyd etdilər ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altında olan əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, mətinliyini nümayişetdirdi. Prezidentimizin 17 ildə həyata keçirdiyi siyasət nəticəsində biz ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdik. 

    Vətən Müharibəsində döyüş yolundan danışarkən Şuşanın alınmasında diqqət çəkən müəllimlər bunun çox böyük qələbə olduğunu vurğuladı.  Qeyd olundu ki, Şuşanın alınması çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatda qəhrəman hərbiçilərimiz dağlardan, meşələrdən, qayalardan keçib yüngül, silahlarla Şuşanı azad etdilər. Şuşanın azad edilməsi bizim şanlı qələbəmizdir.  Bu gün məktəbdə təşkil olunan sinif təşkilat saatlarında da "8 noyabr -Zəfər Günü"ndən bəhs olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi