Zəfər Gününə həsr olunmuş konfrans

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq bu gün məktəbdə "Zəfər Günü"nə həsr olunmuş konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan məktəbin direktoru Qarat Qaratov iştirakçıları salamlayaraq “8 noyabr Zəfər Günü"nün təsis olunması haqda məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən Müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda "Zəfər Günü" kimi qeyd edilməsi qərara alınmışdır.

    Daha sonra məktəbin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru İlham Kərimli çıxış edərək həm birinci, həm də ikinci Qarabağ müharibələrində Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, sücaət, rəşadət nümunəsi olduğunu göstərdi. Məhz bu mərd oğullar düşmənin 30 ildə qurduğu nəhəng istehkamları qısa müddətdə darmadağın etdilər. Qeyd edildi ki, "Qarabağ Azərbaycandır və nida işarəsi"- söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. 30 ildən sonra Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi