Məktəblilər Zəfər Günü ərəfəsində "Hərbi Qənimətlər Parkı" və 2-ci Fəxri Xiyabanda olublar

    Zəfər Günü ərəfəsində məktəbin 1 B və 1 R sinif müəllimləri Sevinc Şirəliyeva və Lalə Həmidova sinif şagirdləri ilə birgə "Hərbi Qənimətlər Parkı" və 2-ci Fəxri Xiyabanı ziyarət ediblər. 

    1 B sinif şagirdi Esmanur Şikarovanın atası hərbiçi Ehtiram Şikarov şagirdlərlə birlikdə olub. O "Hərbi Qənimətlər Parkı" haqqında şagirdləri məlumatlandırıb. Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək ələ keçirdiyi hərbi sursatlar barədə danışan döyüşçü, şagirdlərə müharibənin canlı şahidi kimi döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaət və qəhrəmanlıqlarından geniş söhbət açıb. Qeyd edək ki, Ehtiram Şikarov Vətən Müharibəsi şəhidi Nəcəf Şikarovun qardaşıdır. 

    Sonra 2-ci Fəxri Xiyabanı ziyarət edən şagirdlər şəhid məzarlarına güllər düzərək, Vətən uğrunda canlarından keçənlərin xatirəsini yad ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi