15 sentyabr–“Bilik günü” tədbiri keçirilib

 

16.09.2024-cü il tarixində məktəbin UBTR Əminə Cəfərovanın təşkilatçılığı ilə "Bilik günü" tədbiri təşkil olunub.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azad edilməsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulanıb. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

Tədbirdə çıxış edən məktəbin direktoru əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi