2024/2025-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib

 

13 sentyabr 2024- cü il tarixində məktəbin akt zalında yeni tədris ilinin ilk Pedoqoji Şura iclası keçirilib. İclası açıq elan edən məktəbin direktoru Xeyrulla Haqverdiyev geridə qoyulan tədris ilində məktəbin uğurlarından danışaraq pedoqoji kollektivə yeni tədris ilində uğurlar arzulayıb.

Sonra iclas iştirakçıları Pedoqoji Şuranın gündəliyi ilə tanış edilib. "Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri" kollektivin diqqətinə çatdırlıb və əmrdə nəzərdə tutulan müddəaların müzakirəsi təşkil edilib.

Daha sonra müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanaraq məktəbə təyin olunan müəllimlər pedaqoji heyətə təqdim olunub ,peşə fəaliyyətində uğurlar arzulanıb.

Məktəbin keçən ilki nəticələri ,Ali məktəblərə qəbul ,yeni dərs ilində hədəflərimiz, təkrar sinifdə saxlanılanlar, yay tədris tapşırıqları verilmiş şagirdlərin sinifdən-sinifə keçirilməsi, məktəbin iş rejiminin, məktəb üzrə növbətçiliyin, dərs cədvəllərinin, sinif rəhbərlərinin, təhsil sistemində islahatlarla əlaqədar təlim-tərbiyə prosesinin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr, digər cari məsələlər müzakirə edildi və qərarlar qəbul edildi.

Sonda müəllimlərin sertifikasiyası imtahanından ən yüksək nəticə göstərən, təlim-tərbiyə prosesində səmərəli fəaliyyəti ilə seçilən məktəbin riyaziyyat müəllimi Günay Əliyeva məktəb rəhbərliyinin fəxri fərmanı ilə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi