"Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirilib

20 noyabr tarixində N.Sərxanov adına 256 nömrəli tam orta məktəbin UBTR Əminə Cəfərovanın rəhbərliyi və 1 B sinif rəhbəri Şəlalə Səfərovanın, 2 A sinif rəhbəri Günel Quliyevanın birgə təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir baş tutub.Tədbiri keçirməkdə əsas məqsəd cəmiyyətimizin gələcəyi olan uşaqların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində inkişafetdirici addımlar atmaq, uşaqlara diqqət və qayğını artırmaq idi.

Tədbirdə uşaq hüquqlarının yaranma tarixi haqqında məlumat verilmiş, hüquq və azadlıqların qorunması işinin təbliğinə xüsusi diqqət ayrılmışdır. Öz hüquqlarını tanımaları və qorumaları haqqında şagirdlərlə söhbət aparılmış, müzakirələr edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi